Dubinski: Zelenski NABU ilə bağlı qərarında "biabır oldu" - ÖZƏL
1 Avqust 20:08 DünyaDövlətə xəyanət ittihamı ilə hazırda istintaq təcridxanasında saxlanılan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski bildirib ki, Ukraynanın antikorrupsiya orqanları ətrafında yaranan qalmaqal Vladimir Zelenskinin imicini məhv edib.
"NABU və SAP-ı ələ keçirmək planından imtina o qədər sürətli və acınacaqlı oldu ki, qəhrəman və lider imicini tamamilə məhv etdi," - deyə Dubinski Telegram kanalında yazıb.
O həmçinin qeyd edib ki, Zelenski "günahı başqalarının üzərinə atdı" və "Parlamenti axmaq yerinə qoydu".
Xatırladaq ki, bir gün əvvəl Ali Rada NABU və SAP-ın səlahiyyətlərinin bərpasına səs verib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31