Burma: Avropa İttifaqı və ABŞ arasında ticarət sazişi idealdan uzaqdır - ÖZƏL

Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişi idealdan uzaqdır.

Olaylar xəbər verir ki,bu barədə Hollandiya Xarici İşlər Nazirliyinin xarici ticarət üzrə dövlət katibi Hanneke Burma bəyan edib.

"Avropa İttifaqı ilə ABŞ arasında ticarət və gömrük rüsumlarına dair saziş idealdan uzaqdır, lakin bu istiqamətdə irəliləyişə xidmət edir. ABŞ-la rüsumların daha da azaldılması ilə bağlı danışıqların davam etdirilməsi vacibdir," - deyə bildirib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Avropa İttifaqı ABŞ-la yalnız sərfəli olmayan deyil, həm də qeyri-qanuni bir razılaşma imzalayıb.

"Financial Times" qəzeti yazmışdı ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa üçün "təhqir dolu bir yay" yaşadıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31