Aksyonov: Krım Qarabağda sökülmüş Ayvazovski abidəsini qəbul etməyə hazırdır - ÖZƏL
1 Avqust 19:23 DünyaKrım Qarabağda sökülmüş dəniz mənzərələri ustası rəssam İvan Ayvazovskinin abidəsini qəbul etməyə hazırdır.
Olaylar bu barədə Krım Respublikasının rəhbəri Sergey Aksyonov bəyan edib.
Onun sözlərinə görə, Ayvazovski Krım üçün çox iş görüb.
"Biz sökülmüş abidəni qəbul etməyə, onu bərpa etməyə və layiqli bir yerdə yerləşdirməyə hazırıq. Eləcə də rus tarixi və mədəniyyəti ilə bağlı digər abidələr kimi," - deyə o, Telegram kanalında yazıb.
Aksyonov qeyd edib ki, abidələrlə müharibə heç kəsi şərəfləndirmir.
Bundan əvvəl Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Qarabağda Ayvazovskinin abidəsinin sökülməsinin təəssüf doğurduğunu bildirmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31