Kliçko: Ukrayna sülh naminə ərazi itkilərinə razı ola bilər – ÖZƏL

Kiyev meri Vitali Kliçko bildirib ki, ABŞ prezidenti Donald Trampın artan təzyiqləri fonunda Ukrayna sülh müqaviləsi çərçivəsində bəzi ərazilərdən imtina etməyə məcbur qala bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Britaniya mediasına verdiyi müsahibədə deyib. "Ssenarilərdən biri - ərazilərdən imtina. Bu, ədalətsizdir. Amma sülh naminə, hətta müvəqqəti də olsa, bu, bir həll ola bilər", - deyə o qeyd edib.

Kliçko Ukrayna prezidenti Volodimir Zelenskinin "ağrılı qərar" vermək məcburiyyətində qala biləcəyini vurğulayıb. Lakin o, danışıqlarda iştirak etmədiyini və bu məsələləri Zelenski ilə müzakirə etmədiyini də əlavə edib.

Eyni zamanda, The Washington Post yazıb ki, ABŞ Ukraynanın ərazi güzəştlərindən imtina etməsindən narazıdır və Krımın Rusiya ərazisi kimi tanınmasının əvəzində Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə etməyi planlaşdırır. Tramp isə Zelenskinin Krım məsələsində qəti mövqeyini tənqid edib və bu mövqenin danışıqları çətinləşdirdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31