Kavelaşvili Pasxa münasibətilə 33 məhkumu əfv edib–ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Kavelaşvili Pasxa bayramı münasibətilə 33 məhkumu əfv edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Kavelaşvili Konstitusiyanın ona verdiyi səlahiyyətlər çərçivəsində əfv qərarını verib.

"Əfv olunan şəxslər azadlığa çıxdıqdan sonra ailələrinə qovuşacaq və cəmiyyətin tamhüquqlu üzvünə çevrilmək imkanı əldə edəcəklər," - deyə açıqlamada bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31