Rusiya və ABŞ Ukrayna ilə bağlı sazişə yaxındır – Lavrov – ÖZƏL

Rusiya ABŞ ilə Ukrayna müharibəsinin həlli üzrə saziş bağlamağa hazırdır, lakin razılaşmanın bəzi detalları üzərində iş aparılır. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov CBS News-a müsahibəsində bildirib. O, ABŞ Prezidenti Donald Trampın bu prosesi dəstəklədiyini və sazişin əldə olunmasının mümkün olduğunu qeyd edib.

Lavrovun açıqlaması Rusiyanın Kiyevin yaşayış məhəllələrinə raket zərbəsi endirməsindən sonra gəlib. Hücum nəticəsində azı 12 mülki şəxs ölüb, 90 nəfər yaralanıb. Tramp hücumu "çox uyğunsuz vaxtda" baş verdiyini deyərək, "Vladimir, dayan!" sözləri ilə reaksiya verib.

Trampın təqdim etdiyi sülh planında Krımın Rusiya ərazisi kimi tanınması, Donetsk, Luqansk, Zaporojye və Xersonun işğalda qalması, lakin Xarkov vilayətinin bir hissəsinin Ukraynaya qaytarılması təklif olunur. Zaporojye AES ABŞ-nin idarəsində olmaqla Kiyevin nəzarətinə keçəcək, Ukrayna isə NATO-ya üzvlük niyyətindən imtina etməli və təbii resursların birgə istifadəsinə dair ABŞ ilə müqavilə imzalamalıdır. Əvəzində Tramp Rusiyaya qarşı 2014-cü ildən tətbiq edilən sanksiyaları ləğv etməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31