Türkiyədə güclü zəlzələ olacaq - Seysmoloqdan PROQNOZ

Türkiyəli seysmoloq Ahmet Ercan bildirib ki, dünən İstanbulda baş verən zəlzələ, yaxın zamanda 7-7,2 bal gücündə daha böyük yeraltı təkanların xəbərçisi ola bilər.

Bu barədə türkiyəli seysmoloq RIA Novosti-yə verdiyi müsahibədə bildirib.

"Çərşənbə günü baş verən zəlzələ, Trakiya bölgəsində gözlənilən 7-7,2 bal gücündə zəlzələyə bir xəbərdarlıq və ya bir növ hazırlıq məşqidir",-deyə Ahmet Ercan əlavə edib.

Ekspertin sözlərinə görə, gələcəkdə baş verəcək zəlzələnin episentri eyni ərazidə, 7-13 km dərinlikdə olacaq və təkanların gücü indiki zəlzələdən 22 dəfə artıq hiss olunacaq: "Bu güclü zəlzələ 2045-2075-ci illər arasında baş verə bilər".

Qeyd edək ki, dünən İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib. (BAKU.WS)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31