Zelenski CAR-dan təcili geri qayıdır – SƏBƏB

Zelenski gecə Ukraynaya endirilən zərbə səbəbindən Cənubi Afrika Respublikasına səfərini tez yekunlaşdırmalı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özü açıqlama yayıb.

Bildirib ki, CAR Prezidenti Siril Ramafosa ilə görüşdən dərhal sonra Ukraynaya qayıdacaq.

"Xarici işlər nazirimiz CAR-da siyasi və ictimai xadimləri bölgədəki vəziyyətlə bağlı xəbərdar etmək üçün bütün mühüm görüşləri keçirəcək", - Zelenski qeyd edib.

O əlavə edib ki, nazirə Ukraynanın hava hücumundan müdafiəsini qüvvətləndirmək üçün müttəfiqlərlə dərhal əlaqə saxlamağı tapşırıb.

Xatırladaq ki, gecə Ukrayna şəhərlərinə kütləvi dron hücumu həyata keçirilib. Azı 9 nəfər həyatını itirib, 60-dan çox yaralı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31