Alman professordan İstanbul xəbərdarlığı: “Hələ böyük zəlzələ...”
12:39 Dünyaİstanbulun Silivri sahillərində baş verən 6.2 bal gücündəki zəlzələ ilə bağlı Almaniyanın aparıcı seysmoloqlarından olan Prof. Dr. Marco Bohnhoff "DW Türkçe"-nin əməkdaşı Sinem Özdemirə diqqətçəkən açıqlama verib.
"Cehbeinfo.az" xəbər verir ki, Bohnhoff açıqlamasında baş verə biləcək 2 kritik ssenarini paylaşıb. Bohnhoffun fikrincə, birinci ssenariyə əsasən, 6.2 bal gücündəki bu zəlzələ "əsas zəlzələ"dir və bundan sonra müşahidə olunacaq afterşoklar zamanla azalacaq. Lakin ikinci ssenariyə əsasən, hələ gözlənilən böyük zəlzələ baş verməyib və bu təkan onun xəbərçisi ola bilər.
Professor ikinci ssenaridə mümkün böyük zəlzələnin gücünün 7.4 bala çata biləcəyini deyib:
"Bu, o deməkdir ki, Mərmərə üçün çoxdan gözlənilən böyük zəlzələ baş verəcək. Lakin hansı ssenarinin gerçək olacağını indidən müəyyən etmək mümkün deyil".
Onun sözlərinə görə, 6.2 bal gücündəki bu zəlzələ Marmara fay xəttindəki gərginliyi İstanbul istiqamətinə doğru ötürüb. Bu isə İstanbul yaxınlığında yeni bir zəlzələnin baş vermə ehtimalını artırır. Buna baxmayaraq, "nə zaman" sualının cavabı hələlik qeyri-müəyyən olaraq qalır.