İordaniya "Müsəlman Qardaşları"nı qadağan etdi - ÖZƏL
23 Aprel 2025 16:54 Dünyaİordaniya hökuməti ölkədə fəaliyyət göstərən "Müsəlman Qardaşları" islamçı hərəkatını rəsmi şəkildə qadağan edib və təşkilatın bütün ofislərini bağlayaraq əmlakını müsadirə edib. Olaylar.az xəbər verir ki, bu barədə paytaxt Əmmanda keçirilən mətbuat konfransında daxili işlər naziri Mazen Fəraya məlumat verib.
Nazirin sözlərinə görə, xüsusi xidmət orqanları tərəfindən dövlətə qarşı yönəlmiş cinayət xarakterli bir sui-qəsd planı ifşa edildikdən sonra bu qərar qəbul olunub.
"İordaniya hökuməti chr("39")Müsəlman Qardaşlarıchr("39")nı buraxdığını və bu qruplaşmanı qanundan kənar elan etdiyini bildirir," - deyə Mazen Fəraya qeyd edib. Onun çıxışı Al Mamlaka televiziya kanalı vasitəsilə canlı yayımlanıb.
Nazir əlavə edib ki, qruplaşmanın üzvləri ölkədə vəziyyəti qeyri-sabitləşdirmək məqsədilə gizli fəaliyyətlə məşğul olublar.