ABŞ-dən Ukrayna-Rusiya münaqişəsinin nizamlanması üçün sərt təklif- ÖZƏL
23 Aprel 2025 15:43 DünyaABŞ, Ukrayna-Rusiya münaqişəsinin nizamlanması üçün konkret təklif irəli sürüb. Vaşinqton, Moskva və Kiyev təklifə razı olmazsa, danışıqlar prosesindən çəkiləcəyini bildirir. Olaylar.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey D. Vens, bu barədə jurnalistlərə açıqlama verib: "İndi ya onlar razı olmalı, ya da ABŞ bu prosesdən çıxacaq", - deyə Vens bildirib.
Vitse-prezident həmçinin münaqişənin həlli üçün tərəflərin ərazi güzəştlərinə gedəcəklərini vurğulayıb. "Ərazilərin mübadiləsi baş verməli olacaq", - deyən Vens, sülh razılaşması əldə edildikdən sonra sərhədin mövcud ön cəbhə xətti ilə üst-üstə düşməyəcəyini qeyd edib.
Vens, ümumilikdə, danışıqların mövcud dövründə tərəflərin səmimi şəkildə iştirak etdiyini bildirib və optimist olduğunu vurğulayıb. ABŞ prezidenti Donald Tramp 20 aprel tarixində bildirib ki, Ukrayna-Rusiya münaqişəsinin nizamlanması ilə bağlı razılaşma yaxın bir həftə ərzində əldə edilə bilər. Trampın təklif etdiyi planda, Kiyevin nəzarətində olan ərazilərdə Avropa hərbi qüvvələrinin yerləşdirilməsi məsələsi də müzakirə olunur.
Bundan əlavə, münaqişə barədə ortaq bir komissiyanın yaradılması təklif edilib. Bu komissiyada Rusiya, Ukrayna və NATO üzvü olmayan üçüncü bir ölkənin nümayəndələri yer alacaq və atəşkəsin yerinə yetirilməsini nəzarət edəcək.
Bundan əvvəl isə Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Londonda keçiriləcək görüşü təxirə salıb. ABŞ dövlət katibi Marko Rubio-nun Londona getməməyi səbəbindən görüş baş tutmayıb. Əlavə olaraq, ABŞ planı, Krımın Rusiya tərəfindən suverenliyini tanımağı da nəzərdə tutur, lakin Ukrayna prezidenti Vladimir Zelenski bu təklifi rədd edib.