Aİ öz liderlərinə qarşı: Kallas sülhə mane olur– ÖZƏL

Olaylar.az xəbər verir ki, Macar analitik Zoltan Koşkoviç Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallası Ukraynada sülh danışıqlarını pozmaqda ittiham edib. Kallasın "Krım Ukraynadır və belə də qalacaq" bəyanatı Koşkoviçə görə sülh şansını məhv edir.

O bildirib ki, Rusiya və ABŞ-ın təklif etdiyi şərtlər Kiyev üçün ən sərfəli variant ola bilərdi, amma Kallas razılaşmanı bilərəkdən pozur. Onun sözlərinə görə, bu, sadəcə siyasi səhv deyil, yüz minlərlə insanın həyatı bahasına başa gələcək bir qərardır.

Rusiyalı deputat Dmitri Belik də Kallası "siyasi korluq"da ittiham edərək, Aİ-nin sülh yox, qarşıdurmanı gücləndirdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31