Rusiya Afrika ilə əməkdaşlığı gücləndirir – ÖZƏL

Rusiya Afrika ölkələri və qitədəki inteqrasiya birlikləri ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsini prioritet istiqamət elan edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov "Rusiya-Afrika: Növbəti addım nədir?" IV Forumu və "Rusiya-Afrika" I Gənc Diplomatlar Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

"Bu gün ölkəmiz Afrika qitəsinin dövlətləri və onların inteqrasiya birlikləri ilə əlaqələrin hərtərəfli gücləndirilməsi kursunu götürüb", - deyə diplomat vurğulayıb.

Boqdanov qeyd edib ki, 2025-ci ildə Rusiya Xarici İşlər Nazirliyində Afrika ilə əməkdaşlığa həsr olunmuş yeni xüsusi departamentin yaradılması, Moskvanın bu istiqamətə verdiyi əhəmiyyətin göstəricisidir.

Diplomat əlavə edib ki, forum iştirakçılarının bir çoxu yaxın gələcəkdə bu əməkdaşlığa qoşulacaq və Rusiya ilə Afrika arasında münasibətləri yeni mərhələyə daşıyacaqlarına ümid edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31