Ukrayna və Böyük Britaniyanın yüksək səviyyəli rəsmiləri Londonda görüş keçirir- ÖZƏL
23 Aprel 2025 14:25 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Andrey Sibiga və Müdafiə naziri Rustem Umerov bu gün Londonda Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lammi və Müdafiə naziri Con Hili ilə görüş keçirirlər. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə əsas müzakirə mövzuları Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, uzunmüddətli sülh və təhlükəsizliyə zəmanətlərin verilməsi yollarıdır.
Ukrayna nümayəndə heyətinə prezident Volodimir Zelenskinin administrasiya rəhbəri Andrey Yermak da daxildir.
Qeyd edək ki, əvvəlcədən xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılan sülh danışıqları təxirə salınıb. Britaniya hökumətindən verilən məlumata görə, danışıqlar bu dəfə nazir müavinləri və digər yüksək vəzifəli rəsmilər səviyyəsində aparılır.