Rusiya: Qərb Afrikada yardım adı ilə təsir dairəsini genişləndirir – ÖZƏL
12:41 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Qida Təhlükəsizliyi Xidmətinin rəhbəri Anna Popova bildirib ki, Qərb ölkələri Afrikada infeksiyalarla mübarizə adı altında regionu daha da asılı vəziyyətə salmağa və koloniya siyasətini davam etdirməyə çalışır. O qeyd edib ki, bu yardım çox vaxt minimal infrastruktur yaradılması və Qərb istehsalı olan test, vaksin və dərmanların sınağı ilə məhdudlaşır.
Popovanın sözlərinə görə, Rusiya isə əksinə, Afrikada yerli kadrların hazırlanmasına, texnologiya ötürülməsinə və "bioloji suverenlik" prinsipinə əsaslanır. "Biz Afrikada yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və bu qitənin yeni inkişaf qütbünə çevrilməsinə töhfə vermək istəyirik", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31