Rusiya XİN rəsmisi: Aİ-nin xarici siyasət strategiyası yoxdur – ÖZƏL
23 Aprel 2025 12:01 DünyaRusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Kirill Loqvinov Avropa İttifaqının (Aİ) Rusiya "təhdidinə" qarşı apardığı siyasətin quruma aydın və gələcəyə yönəlik xarici siyasət strategiyasının olmadığını göstərdiyini bildirib.
Olaylar.az xəbər verir ki, TASS-a verdiyi müsahibədə o qeyd edib ki, Aİ rəhbərliyinin qlobal düzənin dəyişməsi proseslərini dərk etməsi belə müşahidə olunmur.
"Brüssel gələcəyə yönəlik heç bir xarici siyasət xətti ortaya qoya bilmir. Rusiya ilə bağlı qərəzli yanaşmalar və təbliğat isə sadə avropalıların düşüncəsinə ciddi təsir göstərir", - deyə Loqvinov vurğulayıb. O əlavə edib ki, tarix göstərir: Rusiyaya qarşı süni düşmənçilik və revanşist çağırışlar Avropa üçün heç vaxt müsbət nəticə verməyib.