Özbəkistan və Rusiya birgə layihələrin icrasını müzakirə edir- ÖZƏL
23 Aprel 2025 11:04 DünyaÖzbəkistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Daşkəndə səfəri zamanı birgə layihələrin icrası və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından biri olacaq.
Olaylar.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, görüşlər çərçivəsində strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, xüsusilə də müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzindədir.
Sergey Lavrovun özbəkistanlı həmkarı Baxtiyor Səidovla danışıqlarının dostluq və konstruktiv atmosferdə başladığı qeyd olunur. Tərəflər siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edir, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparırlar.