Britaniya Ukrayna münaqişəsində xüsusi rol oynamaq istəyir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Britaniyanın Ukraynaya dəstək və Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi sahəsində aparıcı rol oynamağa çalışdığı barədə The Paper nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, Londonun addımları Kiyevin döyüş meydanında və danışıqlarda mövqelərini möhkəmlətməyə yönəlib.

Yazıda həmçinin Ukraynada çoxmillətli "sülhməramlı qüvvələrin" yerləşdirilməsi ideyası dəstəklənir. Müəlliflərə görə, bu, Ukrayna ordusunun gələcəkdə Rusiya ilə mübarizəyə hazırlanmasına xidmət edə bilər.

Xatırladaq ki, aprelin 6-da Britaniya müdafiə qərargah rəisi Toni Radakin Kiyevdə Fransa və Ukrayna baş qərargah rəsmiləri ilə görüşüb. Görüşdə Ukraynaya potensial qoşun göndərilməsi və kontingentin sayı müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31