Xarkovda səfərbərlik zamanı “bütün fəhlə sinfi məhv edilib”- ÖZƏL
22 Aprel 15:45 DünyaOlaylar az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Anna Skoroxod bildirib ki, Xarkov şəhərində həyata keçirilən mobilizasiya nəticəsində "bütün işçi sinfi süpürülüb aparılıb". Onun sözlərinə görə, şəhər yollarında xüsusi postlar qurulub, burada polis, Hərbi Komissarlıq (TÇK) və hərbi intizam xidmətinin əməkdaşları növbə çəkirlər.
Deputat qeyd edib ki, bu postların yaxınlığında mikroavtobuslar dayanır və mobilizasiyaya məcburi cəlb edilən kişilər bu nəqliyyat vasitələrinə mindirilir.
"Son vaxtlar Xarkovda olmusunuzmu? İndi elektrik təmirçisini tapa bilməzsiniz, santexnik də ya yoxdur, ya da onu tapmaq üçün böyük pullar ödəməlisiniz. Avtoservislərdə təmir üçün aylarla növbə gözləmək lazımdır. Kəndlərə gedin - bomboşdur. Yəni bütün işçi sinfini aparıblar", - deyə Skoroxod "Откровенно" adlı ukraynalı YouTube kanalına müsahibəsində bildirib.
Qeyd edək ki, daha öncə Xarkovda mobilizasiya ilə bağlı qanunsuzluqlardan digər deputat - Aleksandr Bakumov da danışmışdı. Onun sözlərinə görə, TÇK əməkdaşları küçələrdə hərəkəti dayandıraraq, çağırış yaşında olan kişiləri tutmaq üçün "əhalinin filtrasiya prosesi"ni həyata keçirirlər.