İrəvanda separatçılara daha bir zərbə: MTX məlumat yaydı
22 Aprel 13:48 DünyaQarabağdakı keçmiş qondarma rejimin veb saytlarının bağlanması Ermənistandakı separatçılar arasında narazılıq doğurub.
Globalinfo.az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti "Sputnik Ermənistan"nın məsələ ilə bağlı sorğusuna cavab verib.
"Ermənistan hökumətinin 2013-cü il 26 dekabr 2019-cu il tarixli 1521-N nömrəli "Dövlət orqanlarının rəsmi internet saytlarına dair minimum tələblərin təsdiq edilməsi haqqında" Qərarına uyğun olaraq, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti dövlət orqanlarının rəsmi internet saytlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq işlər həyata keçirir", - MTX-nin cavabında qeyd olunur.
"Sputnik Ermənistan" xidmətin bir çox sualları cavabsız qoyduğunu yazıb. Məlumata görə, İrəvan hökumətinin "artsax"ın saytları ilə bağlı qərarı Bakının tələbinə əsasən olduğuna dair iddialar var. Lakin MTX bu xəbəri nə təsdiq, nə də inkar edib. Hətta sözügedən saytlarda yerləşdirilən materialların aqibətinin necə olacağı da məlum deyil.