“Geran-3” dronları Odessada sınaqdan keçirildi: Ukrayna HHM sistemi aciz qaldı– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyaya məxsus mənbələr bildirir ki, 22 aprel gecəsi Odessaya hücum zamanı yeni tip "Geran-3" pilotsuz uçuş aparatları (PUA) istifadə olunub. Bu dronların turboraket mühərriki olduğu və 600 km/saat sürətlə hərəkət etdiyi qeyd olunur. Rusiya mediasına görə, dronlar əvvəlcə kəşfiyyat aparıb, sonra isə hərbi və logistik hədəflərə zərbə endirib.

Ukraynanın hava hücumundan müdafiə sistemlərinin dronları dayandıra bilmədiyi iddia olunur. Məqalədə qeyd edilir ki, bu hücum "dron sürüsü" prinsipi ilə həyata keçirilib və bu, Rusiya ordusunun yeni taktikası kimi təqdim olunur. Hədəflər arasında portlar, hərbi yüklər və gəmilər göstərilir.

Qeyd: Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və Rusiya mənbələri tərəfindən yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31