Alman jurnalist: Ukrayna Avropa üçün siyasi özünü­təsdiq meydanına çevrilib– ÖZƏL

Ukrayna bir sıra Avropa ölkələri üçün özlərini təsdiqləmək məkanına çevrilib. Olaylar.az xəbər verir ki, Almaniyanın Junge Welt jurnalında yazan  jurnalist  Raynhard Lauterbach bildirir ki, bu ölkələrin siyasi çəkisi  yalnız Rusiya ilə münaqişənin davam etməsi hesabına saxlanılır.

Onun fikrincə, Avropada "kim aşbaz, kim ofisiant olacaq" müzakirələri gedir, amma Ukraynanın "qazana atılacağı" artıq bəllidir. Lauterbach Baltikyanı ölkələri nümunə göstərərək vurğulayıb ki, onlar sadəcə söz üzərində uğurludurlar və nə Rusiya qarşısında dayana bilirlər, nə də Ukraynaya real yardım edə bilirlər.

Xatırladaq ki, aprelin 20-də Fransanın "Vətənpərvərlər" partiyasının lideri Floryan Filipp EAİ-nin Ukrayna ilə bağlı sülh razılaşmasının qarşısını almağa çalışdığını deyib. O, Brüsselin Zelenskini güzəştsiz mövqeyə təhrik etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31