Zelenski Rusiyanın qlobal hərbi güc mifini məhv etdi- ÖZƏL

"ABŞ Ukrayna vasitəsi ilə Rusiyanı təcavüzkar müharibəyə təhrik etməklə Ukraynanın qısa zamanda məğlubiyyətinə hesab götürmüşdü. Ukrayna prezidenti Zelenskiyə öz siyasi iradəsi ilə Rusiyanın qlobal hərbi güc mifini məhv etdi,  ABŞ - ın isə Ukraynanı asanlıqla  "mənimsəməsinə" imkan vermədi". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Zelenski Putinin və həm də Trampın şəxsi düşməninə çevrildi. Rusiya və ABŞ - ı Ukraynada bir nəticədən (kapitulyasiyadan) fərqli hədəfli maraqları birləşdirir. ABŞ - dan gələn son məlumatlara görə, ABŞ Ukrayna ilə istədiyi təbii ehtiyatlarla bağlı müqaviləni tez bir zamanda imzalamalıdır. Ancaq, ABŞ ilkin variantda tələb etdiyi müqaviləyə Ukraynanın təhlükəsizliyi ilə bağlı müddəanın  da daxil ediləcəyi gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31