İsrail İrana zərbə endirməyəcək – ABŞ-dən icazə olmadan mümkün deyil- ÖZƏL
21 Aprel 15:59 Dünyaİsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın açıq razılığı və dəstəyi olmadan İranın nüvə obyektlərinə hərbi zərbə endirməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu Financial Times qəzeti israilli və ərəb diplomatlara istinadən yazır.
Diplomatların fikrincə, İsrailin ABŞ-nin razılığı olmadan hərbi əməliyyata başlama ehtimalı azdır. Bunun əsas səbəbi Trampı "qıcıqlandırmaq" və onun dəstəyini itirmək qorxusudur. Həmçinin, ABŞ tərəfindən İranın özünə qarşı zərbələr olmadıqca, İsrailin atacağı addımların təsir gücü məhdud olacaq.
Hazırda ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı problemləri diplomatik yollarla həll etməyə çalışır. Financial Times qeyd edir ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun daha sərt və aqressiv tədbirlərlə bağlı təzyiqlərinə boyun əymir.