ABŞ nümayəndəsi Uitkoff Rusiyaya səfər edə bilər – ÖZƏL

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Londonda keçiriləcək danışıqlardan sonra Rusiyaya səfər edə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.

Londonda baş tutacaq görüşdə Uitkoffla yanaşı, ABŞ dövlət katibi Marko Rubio və Prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq da iştirak edəcək.

Mənbənin bildirdiyinə görə, əgər Vaşinqton, Avropa və Kiyev arasında mövqelər uzlaşarsa, Uitkoffun Rusiyaya səfəri mümkün ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31