Trampın tətbiq etdiyi rüsumlar ABŞ-da dərman çatışmazlığını artıra bilər- ÖZƏL
21 Aprel 2025 14:11 DünyaABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar ölkədə dərman çatışmazlığının artmasına səbəb ola bilər. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzetinin məlumat verib. Məlumata görə, xüsusilə də onkoloji preparatlar daxil olmaqla, vacib dərman vasitələrinin çatışmazlığına yol aça bilər.
"Generik dərman istehsalçıları xəbərdarlıq edirlər ki, ABŞ-nin dərman preparatlarına tətbiq edəcəyi rüsumlar, o cümlədən xərçəng müalicəsində istifadə edilən vasitələrin çatışmazlığına gətirib çıxara bilər", - deyə qəzet yazır.
2024-cü ilin birinci rübündə dərman çatışmazlığı rekord səviyyəyə çatıb. ABŞ səhiyyə sistemi xüsusilə gəliri az olan dərman vasitələrinin çatışmazlığından ciddi ziyan görür. Qəzetin məlumatına əsasən, ABŞ-ə idxal olunan dərmanların əhəmiyyətli hissəsi Hindistanda istehsal olunur və onların aktiv maddələri isə əsasən Çindən alınır. Hazırda yeni Amerika rüsumları dərman sənayesini əhatə etməsə də, Tramp onların bu sahəyə də şamil ediləcəyini bildirib. Bu isə sektorda narahatlıq doğurur.