ABŞ-da qəribə təklif: Bu insanlara dərman verib öldürək
21 Aprel 13:57 DünyaABŞ-da evsiz insanlardan xilas olmaq üçün onlara dərman verilməsi təklif edilib.Bu barədə Kaliforniyanın Lankaster şəhərinin meri Reks Paris danışıb.O iddia edir ki, bütün evsizlərin təxminən yarısı cinayətkardır:"Mən onlara pulsuz fentanil vermək istəyirəm. Bu insanlardan həqiqətən qurtulmalıyıq".Reks kömək almaqdan imtina edən evsiz cinayətkarları nəzərdə tutduğunu söyləyib:
"Həbsxanadan çıxan və hazırda evsiz əhalinin 40-45 faizini təşkil edən cinayət elementindən danışıram. Quldurluq, təcavüz, qətllərlə bağlı məsuliyyətin ən azı yarısı bu adamların üzərinə düşür".
Paris iddialarını dəstəkləmək üçün heç bir sübut və məlumat təqdim etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31