Fransada həbsxanalara kütləvi hücumlar olub

Fransada bir gecədə bir neçə həbsxanaya hücumlar olub.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri ədliyyə naziri Ceral Darmaninə istinadən məlumat yayıb.

Məlumata görə, Tulon, Eks-an-Provans, Marsel, Valens, və Nims şəhərələrində, həmçinin Paris yaxınlığında yerləşən Villepinte və Nanterdəki cəzaçəkmə müəssisələri hədəfə alınıb. Naməlum şəxslər həbsxanaların avtomobil duracaqlarındakı nəqliyyat vasitələrini oda verib, bir həbsxananın əsas girişinin isə avtomat silahdan atəşə tutulduğu deyilir.

Ədliyyə naziri Jerald Darmanen paralel baş verən hücumları hökumətin son zamanlar narkotik vasitə qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməsi ilə əlaqələndirib.

Ölkənin daxili işlər naziri Bruno Retayo isə dövlətin baş verən hücumlara qarşı reaksiyasının "amansız" olacağını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31