Polşa hərbi məhsulların idxalına görə liderdir - ÖZƏL

2024-cü ildə Polşa hərbi məhsul idxalında dünya lideri olub. Olaylar.az xəbər verir ki, bu barədə Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (ЦАМТО) dərc etdiyi reytinq cədvəlində bildirilir. 

Reytinqə əsasən, 2024-cü ildə Polşa silah alışına 15,625 milyard dollar (dünya bazarının 12,80%-i) xərcləyib. Mütəxəssislərin hesablamalarına görə, son dörd il ərzində (2021-2024) Polşa ümumilikdə 68,261 milyard dollarlıq hərbi məhsul idxalı müqaviləsi imzalayıb və bu göstərici ilə dünya üzrə birinci yerə yüksəlib.

İkinci yerdə olan Rumıniya ötən il 10,251 milyard dollar (8,40%) dəyərində silah alıb. Onu Hindistan (9,410 milyard dollar - 7,71%), İsrail (8,2 milyard dollar - 6,72%) və Niderland (7,922 milyard dollar - 6,49%) izləyir.

Türkiyə 7 milyard dollarlıq idxal həcmi ilə altıncı yerdə qərarlaşıb. İlk onluğu isə İraq, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və İndoneziya tamamlayır.

Azərbaycan 2,220 milyard dollarlıq silah idxalı ilə siyahıda 16-cı pillədə qərarlaşıb. ABŞ isə 2,073 milyard dollarla 17-ci yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31