Gürcü parlament sədri: Gaxariya xarici göstərişlərlə hərəkət edib – ÖZƏL
15 Aprel 12:33 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, keçmiş Baş nazir Georgi Gaxariya vəzifədə olduğu müddətdə parlamentin mandatına deyil, xarici dövlət nümayəndəsinin göstərişlərinə əsasən hərəkət edib.
Onun sözlərinə görə, Gaxariya Meliyanın saxlanılıb-saxlanılmaması məsələsində ABŞ-nin sabiq səfiri ilə koordinasiyalı şəkildə addımlar atıb. Papuaşvili qeyd edib ki, Gaxariya istintaq komissiyasına ifadə verərkən bir məsələ üzrə dəfələrlə ziddiyyətli və yalan cavablar verib.
O Gaxariyanın istefasının da səfirin bəyanatından cəmi 27 dəqiqə sonra baş verdiyini vurğulayıb və bunu "xarici müdaxilə ilə razılaşdırılmış addım" adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31