Ermənistan ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır - Paşinyan
15 Aprel 12:16 DünyaErmənistan eyni zamanda Azərbaycanla sülh sazişi imzalamağa və ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır.
Olaylar.az erməni KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Biz Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Doğrudan da, əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, bağlayırıq, onda onun həllindən bəhs edən format nəyə lazımdır? Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasını təklif edirik. Yəni hər iki sənədin eyni gündə imzalanmasını istəyirik", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31