Putin Ukraynada danışıqları dəyişəcək “əhəmiyyətli qələbə” gözləyir– ÖZƏL
15 Aprel 11:52 DünyaOlaylar.az xəbər verir ki, CNN-in məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bu yay Ukraynada "əhəmiyyətli qələbə" qazanacağına inanır və bunun danışıqların gedişatına təsir edəcəyini düşünür.
Məqalədə qeyd olunur ki, bu qələbə Sumı istiqamətində mümkün hücum və Zaporojye bölgəsində irəliləyişlə bağlı ola bilər. Kreml münaqişənin sadəcə dondurulmasında maraqlı deyil və vəziyyətin öz xeyrinə dəyişdiyini hesab edir.
Putinin, ABŞ Prezidenti Donald Trampın sərt cavab verməyəcəyinə və onu sülhə məcbur etməyəcəyinə əmin olduğu vurğulanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31