Zelenski hərbi vəziyyəti və səfərbərliyi 90 gün uzatmaq istəyir- ÖZƏL
15 Aprel 11:48 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və səfərbərliyin müddətinin 9 may tarixindən etibarən daha 90 gün uzadılması ilə bağlı qanun layihələrini Ali Radaya təqdim edib. Müvafiq sənədlər parlamentin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini qadağan edib. Gözlənilir ki, yaxın günlərdə Ali Rada bu layihələri müzakirəyə çıxaracaq. Parlamentin spikeri Ruslan Stefaniçuk daha əvvəl layihələrin qəbul olunacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31