Köhnə dünya nizamı öldü, Rusiya lider olacaq - Miley
15 Aprel 11:35 DünyaYeni dünya nizamının lideri Rusiya, ABŞ və Çin olacaq, Avropa isə çətin mübarizə aparacaq.
Olaylar.az xəbər verir ki, bunu "Radio Neura"ya müsahibəsində Argentina Prezidenti Xavyer Miley deyib.
"Görürük ki, dünya indi yenidən qurulur. İkinci Dünya müharibəsindən sonra bildiyimiz dünya nizamı indi ölüb", - o bildirib.
Miley qeyd edib ki, ABŞ-ın Amerikaya, Rusiyanın Avrasiyaya, Çinin isə Rusiyanın rəhbərlik etmədiyi hissədə Asiyaya rəhbərlik edəcəyi dünya nizamı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31