ABŞ Meta-ya WhatsApp və Instagram-ı satmaqla hədələyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) Meta korporasiyasını inhisarçılıqda ittiham edərək, şirkətə Instagram və WhatsApp-ı satmaq tələbi ilə təzyiq göstərib. Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, 14 aprel tarixində Meta-nın rəhbəri Mark Zukerberq məhkəmədə bu ittihamları rədd edib. FTC isə bildirir ki, Meta bu platformaları Facebook-a rəqib olduqları üçün alıb. Məhkəmədə təqdim olunan məktublarda Zukerberqin Instagram-ı almazdan əvvəl onu birbaşa rəqib kimi tanıdığı qeyd olunur.

Reuters yazır ki, Instagram-ın itirilməsi Meta üçün ciddi maliyyə itkisinə səbəb ola bilər. 2025-ci ildə bu platforma təkcə ABŞ-da 37 milyard dollar reklam gəliri gətirəcək ki, bu da şirkətin ölkə üzrə reklam gəlirlərinin yarısını təşkil edir.

Xatırladaq ki, daha əvvəl Meta-nın Donald Trampın inauqurasiya fonduna münasibətləri yaxşılaşdırmaq məqsədilə 1 milyon dollar ianə etdiyi bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31