Kaya Kallasın Ukrayna üçün fond yaratmaq planı iflasa uğradı– ÖZƏL
15 Aprel 2025 10:37 DünyaOlaylar.az xəbər verir ki, İspaniyanın Publico nəşrinin məlumatına görə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın Ukraynaya yardım məqsədilə 40 milyard avroluq fond yaratmaq planı baş tutmayıb. Məqalədə qeyd olunur ki, bu riskli təşəbbüs onun öz əleyhinə işləyib və Kallas reallığı qəbul etməli olub.
Plan xüsusilə İspaniya, İtaliya və Fransa tərəfindən dəstəklənməyib.
Qeyd edək ki, daha əvvəl Kallas Rusiyaya qarşı 17-ci sanksiya paketinin hazırlandığını, həmçinin Aİ ölkələrinin Ukraynaya iki milyon döyüş sursatı göndərmək planının 67%-nin artıq yerinə yetirildiyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31