Cənubi Koreya alov içində: 1500 nəfər təxliyə olundu, ölənlər var

Cənubi Koreyanı bürüyən meşə yanğınları dörd nəfərin həyatına son qoyub, altı nəfər isə xəsarət alıb. Yanğınlar nəticəsində təxminən 1500 nəfər təxliyə edilib.

Oxu.az  xəbər verir ki, təbii fəlakət nəticəsində üç mindən çox hektar meşə sahəsi yanıb, 39 ev zərər görüb. Yanğınla mübarizə üçün 99 helikopter və 4,875 yanğınsöndürən işə cəlb edilib.

Hakimiyyət orqanları yanğınların məhdudlaşdırılması və əhalinin qorunması üçün səylərini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31