İranda yaşayış binasında partlayış - 21 nəfər yaralandı

Tehranda yaşayış binasında partlayış baş verib.

Üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində yanğınla müşahidə olunan partlayış baş verib.

Partlayış zamanı yaxınlıqdakı binalara və bir neçə maşına ziyan dəyib.

İndiyə olan məlumata görə, hadisə nəticəsində 21 nəfər yaralanıb.

Axtarış-xilasetmə əməliyyatı davam etdirilir. /APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31