Tehran polisi mülki şəxsi güllələdi
16:56 DünyaTehranda polis qüvvələri öncədən xəbərdarlıq etmədən atəş açaraq Fərşad Məqami adlı 30 yaşlı şəxsi güllələyərək öldürüb.
Olaylar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
"Fərşad Məqami qaçaqmalçılıqda şübhəli bilindiyinə görə güllələnsə də, onun avtomobilindən buna dair heç nə aşkarlanmayıb", - məlumatda bildirilib.
Qeyd edək ki, 2024-cü ildə İranda hökumət qüvvələri 484 vətəndaşa atəş açıb, onlardan 163-ü həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31