Aleksandr Lukaşenko Aleksandr Turçini Belarusun baş naziri təyin edib- ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini ölkənin yeni Baş Naziri təyin edib. Olaylar.az xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb.

Bundan əvvəl Turçin Minsk Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.

Belarus Konstitusiyasına əsasən, baş nazir prezident tərəfindən, Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) əvvəlcədən razılığı ilə təyin edilir. BelTA-nın məlumatına görə, bu prosedur yerinə yetirilib.

Aleksandr Turçin 2 iyul 1975-ci ildə Novoqruduq şəhərində anadan olub. O, 2002-ci ildə Belarus Dövlət İqtisadiyyat Universitetini, 2009-cu ildə isə Dövlət İdarəçilik Akademiyasını bitirib. Peşəkar fəaliyyətinə 1997-ci ildə başlayıb.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31