İranın XİN rəhbəri ABŞ-la "təzyiq altında" danışıqları rədd etdi - ÖZƏL

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la "təzyiq altında" danışıqlar aparmayacağını bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə X hesabında yazıb.

"Nüvə enerji proqramımız həmişə dinc məqsədli olub və belə də qalacaq. Buna görə də, onun chr("39")potensial hərbiləşdirilməsichr("39") anlayışı mövcud deyil. Biz təzyiq və hədələr altında danışıqlar aparmayacağıq", - Əraqçi bildirib.

Nazir əlavə edib ki, hazırda İran Böyük Britaniya, Fransa və Almaniyadan ibarət "Avroüçlük", eləcə də Rusiya və Çinlə bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipi əsasında məsləhətləşmələr aparır.

"Hazırda biz Avroüçlük və ayrıca Rusiya və Çinlə danışıqlar aparırıq. Məqsədimiz nüvə enerji proqramımıza dair şəffaflığı və qarşılıqlı etimadı gücləndirmək əvəzində qanunsuz sanksiyaların ləğvinə nail olmaqdır", - Əraqçi vurğulayıb.

Qeyd edək ki, martın 7-də ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Ayətullah Əli Xameneiyə Tehranla nüvə proqramı üzrə danışıqlar aparmaq təklifini əks etdirən məktub göndərib. Lakin Xamenei məktuba cavabında bildirib ki, İran ABŞ-la danışıqlar aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını güdür.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31