Paşinyanı hakimiyyətə kim gətirib? – Özü açıqladı

"Ermənistanın Baş naziri Nikol Paşinyan 2018-ci ildə "Məxməri inqilab"ın qəsdli şəkildə təşkil edildiyi və keçmiş prezident Serj Sərkisyanın gizli dəstəyi ilə hakimiyyətə gəlməsinə dair iddialara cavab verib".

Olaylar.az xəbər verir ki, Paşinyan bununla bağlı "feysbuk" hesabında paylaşım edib.

"Məni hakimiyyətə heç kim gətirməyib. 2018-ci ildə xalq zorakılığa yol vermədən, "Məxməri inqilab"la bizi hakimiyyətə gətirdi. Mən sadəcə xalq hakimiyyətinin nümayəndəsiyəm və məhz xalq istədiyi zaman məni başqası ilə əvəz edəcək", - baş nazir paylaşımda bildirib.

Qeyd edək ki, son zamanlarda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan arasında müşahidə olunan gərginlik fonunda Nikol Paşinyan və komandasının planlı şəkildə hakimiyyətə gətirildiyinə dair iddialar yayılıb. Sərkisyanın o zamanlarda ölkədəki siyasi mühit və Qarabağ məsələsində dalana dirənməsi səbəbindən vəzifədən uzaqlaşmaq istədiyi və Paşinyanla gizli əlaqə yaradaraq hökuməti təhvil verdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31