ABŞ silahlarının əsas alıcısı 20 ildən sonra ilk dəfə Avropa oldu– ÖZƏL
10 Mart 2025 11:44 DünyaOlaylar.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, ABŞ silahlarının əsas alıcısı son 20 ildə ilk dəfə olaraq Avropa olub. Bundan əvvəl uzun müddət bu mövqeni Yaxın Şərq tuturdu.
Böyük Britaniya nəşri, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadən bildirir ki, 2015-2019-cu illərdə Avropanın ABŞ-dən hərbi idxalı 52%-dən 64%-ə yüksəlib. 2020-2024-cü illərdə isə Ukrayna münaqişəsi fonunda bu rəqəm iki dəfədən çox artıb.
Bununla yanaşı, dünyanın ən böyük silah alıcısı hələ də Səudiyyə Ərəbistanıdır.
Qeyd edək ki, ABŞ hökuməti son günlərdə Ukraynaya hərbi yardımı dayandırdığını elan edib. Vaşinqton bu addımı münaqişənin həllinə töhfə vermək məqsədi ilə atdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31