Rusiya silah ixracında ilk üçlükdə yer aldı – ÖZƏL
10 Mart 2025 10:47 DünyaRusiya dünyada ən çox silah ixrac edən üç ölkədən biri olub.
Olaylar.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarında qeyd olunub.
Məlumatda bildirilir ki, son beş ildə dünyanın ən böyük on silah ixracatçısı dəyişməz qalsa da, Rusiya ixracın azalması səbəbindən üçüncü yerə geriləyib və Fransaya mövqeyini verib.
Rusiyadan ixrac edilən silahların üçdə ikisi Hindistan, Çin və Qazaxıstana göndərilib.
Bundan əlavə, Ukraynanın dünyanın ən böyük silah idxalçısına çevrildiyi və ölkəyə silah tədarükünün təxminən 100 dəfə artdığı qeyd olunur.
ABŞ isə silah ixracında lider mövqeyini qoruyaraq son beş ildə qlobal bazardakı payını 35%-dən 43%-ə yüksəldib.
Qeyd edək ki, fevral ayında "Rostex"in baş direktoru Sergey Çemezov "Rosoboroneksport"un sifariş portfelinin 60 milyard dolları keçdiyini açıqlamışdı. O bildirib ki, sifarişlər arasında təxirə salınmış müqavilələr də var, çünki Rusiyanın hərbi ehtiyacları üçün silah istehsalına üstünlük verilir.