Alman politoloq: Zelenski Tramp qarşısında geri çəkilməyə məcbur qalacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, Alman politoloq Aleksandr Rar AİF-ə müsahibəsində Avropa liderlərinin ABŞ-nin Ukraynanı "tərk etməsindən" sonra yaşadığı panika və qeyri-müəyyənlikdən danışıb. O bildirir ki, Britaniya, Fransa və Almaniya elitaları Rusiya ilə sülh danışıqlarına mane olmaq istəyir, çünki onlar üçün "Rusiyanın məğlubiyyəti" prioritet məsələdir. Avropa liderləri Ukraynaya milyardlarla avro xərcləsələr də, Rusiyanı məğlub edə bilmədiklərini anlayırlar və bu, onlarda qəzəb və çaşqınlıq yaradır.

Makronun nüvə silahı və Avropada hərbi gücün artırılması ilə bağlı bəyanatlarına toxunan Rar hesab edir ki, Fransa prezidenti əsasən öz ölkəsini lider kimi göstərmək və Almaniyanı yeni silahlanma yarışına pul xərcləməyə məcbur etmək istəyir. Lakin Avropa ABŞ olmadan Ukraynaya lazım olan hərbi yardımı göstərə bilməz, çünki onun müdafiə sənayesi belə miqyaslı dəstəyə hazır deyil.

Rar həmçinin Avropanın ABŞ-dən asılı olduğunu vurğulayaraq, Trampın Aİ-ni öz təhlükəsizliyinin xərclərini özü ödəməyə məcbur etdiyini bildirir. Almaniyada və digər Avropa ölkələrində əhali müharibənin bitməsini və Rusiya qazının yenidən gəlməsini istəsə də, siyasi elita "Rusiyanı cəzalandırmaq" xəttini davam etdirir.

Zelenskinin vəziyyətinə toxunan Rar onun Tramp qarşısında təslim olmağa məcbur qalacağını düşünür. ABŞ prezidenti onu sülh sazişi imzalamağa məcbur edə bilər, çünki Ukrayna ABŞ-nin dəstəyi olmadan ayaqda dura bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31