Vətəndaş müharibəsinə imkan verməyəcəyik - Şara
10 Mart 2025 10:29 DünyaSuriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.
Olaylar.az bildirir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara son qarşıdurmaları şərh edərkən deyib.
"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - o bildirib.
Qeyd edək ki, 6 martdan Latakiya-Tartus ərazisində Əsəd tərəfdarları ilə hökumət qüvvələri arasında şiddətli toqquşmalar başlayıb. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31