Ukrayna ilk dəfə Fransız Mirage-2000 təyyarələrindən istifadə etdiyini açıqladı- ÖZƏL
7 Mart 14:51 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri (USQ) 7 mart tarixində Telegram kanalında Fransız istehsalı olan Mirage-2000 təyyarələrindən ilk dəfə istifadə edildiyini bildirib. Qeyd edilib ki, Ukrayna ordusu bundan əvvəl F-16 təyyarələrindən də istifadə etmişdi.
Fransanın Müdafiə Naziri, Sebastyen Lekornu, Mirage-2000 təyyarələrinin Ukraynaya 6 fevralda çatdığını açıqlamışdı. Təyyarələr Ukrayna pilotları tərəfindən idarə olunur ki, onlar Fransada təlim keçiblər.
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31