Donald Trampın Xəzərə marağı varsa...– ÖZƏL
7 Mart 14:33 Dünya"Xəzər regionu təkcə bu gün deyil, hər zaman dünyanın diqqətində olan region olmuşdur. Bir çox proseslər də bu regionun ətrafında baş vermişdir. Azərbaycan müstəqil olduqdan sonra Xəzərdən payına düşən sektor Ulu Öndər Heydər Əliyevin dövründə qorunmuşdur və bu İlham Əliyevin dönəmində də davam edir".
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan haqqı çatandan tam olaraq istifadə edə bilir. Əsrin Müqaviləsi ölkəmizin çox çətin dönəmində Ulu Öndərin müdrikliyi sayəsində imzalanmış bir müqavilə idi. Bu gün Azərbaycan o müqavilənin imzalandığı dövrə nisbətdə olduqca güclüdür. Xəzərə kimin marağı olmasından asılı olmayaraq hər kəs burada Azərbaycanın mövqeyi ilə razılaşmalıdır. Donald Trampın Xəzərə marağı varsa, Azərbaycanla xoş əməkdaşlığa can atacaq, çünki Bayden administrasiyası dövründə ermənipərəst qüvvələrin Cənubi Qafqaza müdaxilələrinin qarşısını Azərbaycan qətiyyətlə aldı və bir daha göstərdi ki, regiondakı ən böyük güc məhz Azərbaycandır".
Zeynəb Rzayeva