Rusiya Ukraynanın enerji və qaz infrastrukturuna kütləvi hücum edib – ÖZƏL
7 Mart 2025 11:39 DünyaRusiya martın 7-nə keçən gecə Ukraynanın enerji və qaz infrastrukturuna genişmiqyaslı raket və dron hücumu həyata keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşçenko məlumat verib.
Nazirin sözlərinə görə, hücumun məqsədi ölkənin müxtəlif bölgələrində elektrik enerjisi istehsal gücünü məhv etməkdir. Bombardman nəticəsində elektrik və qaz təchizatı obyektləri zədələnib.
"Ukraynanın müxtəlif regionlarında enerji və qaz infrastrukturu yenidən kütləvi raket və dron hücumu altındadır. Mümkün olan hər yerdə xilasetmə və enerji sahəsi üzrə mütəxəssislər fəsadları aradan qaldırmaq üçün çalışırlar. Elektrik və qaz təchizatının sabitləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür", - deyə Qaluşçenko bildirib.
Nazir Ukrayna vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb.