Tusk Rusiya sərhədlərində Avropanın hərbi iştirakını artırmağa çağırıb
6 Mart 18:46 DünyaPolşanın baş naziri Donald Tusk Rusiya sərhədlərində Avropanın hərb iştirakını artırmağa çağırıb.
Olaylar bu barədə xarici KİV-ə istinadla məlumat yayıb.
Tusk Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin zirvə toplantısı ərəfəsində jurnalistlərə verdiyi açıqlamada bu istiqamətdə də müzakirələr aparacaqlarını vurğulayıb. O, Avropanın birlikdə daha güclü olduğunu diqqətə çatdırıb.
"Avropa bütövlükdə Rusiya ilə istənilən hərbi, maliyyə, iqtisadi qarşıdurmadan qalib ayrıla bilər. Biz sadəcə daha güclüyük. Biz sadəcə buna inanmağa başlamalıyıq. Və bu gün bunun əlamətləri artıq görünür", - baş nazir əlavə edib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31